ABŞ prezidenti Donald Trampın yaxın dostu kimi tanınan Ceffri Epştein yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və "fahişəlik şəbəkəsi" yaratmaqda ittiham olunur. O bu ittihamlara görə tutulub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Ceffri Epştein Fransanın paytaxtı Parisdən şəxsi təyyarəsi ilə qayıdarkən Nyu-Cersidəki havalimanında saxlanılıb.
Milyarder iş adamının evinə polis basqın edib və evdə çox sayda etik olmayan, porno məzmunlu fotolar tapıb. Bu şəkillərdəki bir çox qızın yaşlarının çox az olduğu məlum olub.
Nyu York baş prokurorunun açıqlamasında Epşteinin 18 yaşdan kiçik gənc qızlara cinsi istismarına və "fahişəlik şəbəkəsi" yaratmaq cəhdlərinə görə mühakimə olunacağını bildirib.
O ilk dəfə hakim qarşısına cümə axşamı günü çıxacaq. Bu müddət ərzində həbsdə qalacaq və onun 45 ilə qədər həbs cəzası ala biləcəyi deyilir.