Gürcüstanın Batumi şəhərində inşa olunacaq Qafqaz Universitetinin təqdimat mərasimində kuryoz hadisə baş verib.
Unikal.org xəbər verir ki, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze tribunada çıxış edərkən arxada yerləşdirilən baner onun üzərinə aşıb.
Nazir müavini tribunadan vaxtında uzaqlaşıb və heç bir xəsarət almayıb.
Baner yerinə möhkəmləndiriləndən sonra İ.Abuladze çıxışına davam edib. O deyib ki, banerin aşması layihənin uğurlu olacağına işarədir.