Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Unikal.org xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana” doğma azarkeşləri qarşısında “ÇFR Kluj”u qəbul edib və qələbə qazanıb.
Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” isə mübarizəyə bu gün başlayacaq. “Köhlən atlar” Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq. “Qarabağ” 1-ci mərhələni keçsə, 2-ci təsnifat mərhələsində “Dandalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
Belarus çempionu BATE bu gün Polşa “Pyast”ını, Moldova “Şerif”i isə Gürcüstanın “Saburtalo” klubunu qəbul edəcək.
UEFA Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar
9 iyul
Astana (Qazaxıstan) – ÇFR Kluj (Rumıniya) 1:0
Qol: Postnikov, 68.
Ararat (Ermənistan) – AİK (İsveç) 2:1
Qol: Avetisyan, 3-pen; 45 – Obasi, 39.
HİK (Finlandiya) – HB Torshavn (Farer adaları) 3:0
Qol: Lappalaynen, 21; 66. O’Şonessi, 42.
Nomme Kalyu (Estoniya) – Şkendiya (Makedoniya) 0:1
Qol: İbrahimi, 81-pen.
Sarayevo (Bosniya və Herseqovina) – Seltik (Şotlandiya) 1:3
Qol: Oremus, 29 – Conston, 35. Eduard, 51. Sinkleyr, 85.
Valetta (Malta) – Düdelanj (Lüksemburq) 2:2
Qol: Bettayeb, 26. Stolz, 45 – Pekker, 64. Borq, 70.
Suduva (Litva) – Srvena Zvezda (Serbiya) 0:0
TNS (Uels) – Feronikeli (Kosovo) 2:2
Qol: Draper, 49-pen. Edvards, 77 – Zeka, 89. Fazliu, 90-pen.
10 iyul
19:30 Partizani (Albaniya) – Qarabağ (Azərbaycan)
21:00 BATE (Belarus) – Pyast (Polşa)
21:00 Şerif (Moldova) – Saburtalo (Gürcüstan)
22:00 Ferentsvaroş (Macarstan) – Ludoqorets (Bolqarıstan)
22:15 Slovan (Slovakiya) – Sutyeska (Monteneqro)
22:45 Dandalk (İrlandiya) – Riqa (Latviya)
22:45 Linfild (Şimali İrlandiya) – Rusenborq (Norveç)
00:00 Valyur (İslandiya) – Maribor (Sloveniya)