45 yaşlı evsiz adam parkda ölü tapılıb.
Unikal.org Türkiyə mətbuatıan istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində 45 yaşlı narkotik maddə istifadəçisi olan Metin Lafçı parkda ölü tapılıb. Ətrafdakı sahibkarlardan birinin bildirdiyinə görə, evsiz adam tez-tez onun iş yerinə gələrək çay içir və halallıq istəyirmiş. Hadisə dünən günorta saatlarında baş verib.
Parkda işləyən təmizlik işçisi bir nəfərin başını oturacağa qoyaraq yerdə hərəkətsiz uzandığını görüb. O dərhal polisə və təcili yardıma xəbər verib. Hadisə yerinə gələn təcili yardım işçiləri həmin şəxsin öldüyünü bildiriblər.
Polislər məsələni araşdırdıqdan sonra məlum olub ki, Metin Lafçı uzun müddətdir xəstə imiş və küçələrdə yatırmış.
Gördükləri mənzərə parkdan keçən insanları təəccübləndirib. Bəziləri həmin şəxsin öldüyünə inanmayıb, bəziləri isə cəsədin fotosunu mobil telefon vasitəsilə çəkməyə çalışıb.