Adnan Oktar və onun qrupuna qarşı aparılan istintaq sona çatıb.
Unikal.org xəbər verir ki, nazırlanan iddianamədə 226 şübhəli, 125 zərər çəkən yer alıb. Bu sənəddə Adnan Oktarın təşkilatın qurucusu və başçısı olduğu qeyd olunub. Ümumilikdə 171 şübhəli saxlanılıb və onlar 24 cinayətdə ittiham olunurlar.
İddianamədə bir nömrəli şübhəli olan Adnan Oktara 870 il həbs cəzası vermək istəndiyi öyrənilib.