Əfqanıstanda 13 yaşlı yeniyetmə özünü toyda partladıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Nanqarxar vilayətində baş verib.
Hücum hökumətə tabe olan milisin komandiri Malik Toora qarşı edilib. Qeyd olunur ki, toyu o, təşkil edib.
Partlayış nəticəsində 5 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Hadisəyə görə məsuliyyəti hələ heç bir təşkilat öz üzərinə götürməyib.