Ən gizli məlumatları dünyaya yayan biri haqqında məlumat yaymaq, onun kimliyini ortaya çıxarmaq təbii ki, çətin işdir. Lakin zaman-zaman mətbuatda Snouden haqqında müxtəlif materiallar dərc olunur.
Unikal.org modern.az-a istinadən Edvard Snouden haqqında (yəqin ki, özünün də yayılmasına razı olduğu) bəzi materialları təqdim edir.
Edvard Snouden Şimali Karolina ştatında 1983-cü ilin 21 may tarixində dünyaya gəlib. Uşaq vaxtı Snouden-in ailəsi Milli Təhlükəsizlik Agentliyinin (NSA) əsas binasının yaxınlığına köçür. O, orta məktəbin son illərində təhsilini yarımçıq qoyur. Daha sonra kollecdə müxtəlif dərslər alsa da heç vaxt məzun ola bilmir. 2004-cü ildə Ordunun Xüsusi Təyinatlı dəstəsində xidmətə cəlb edilsə də 4 ay sonra uzaqlaşdırılır. 2005-ci ildə bir araşdırma mərkəzində mühafizəçi kimi çalışan Edvardın kompüter bilikləri işçilərin diqqətini çəkir və o, 2006 cı ildə işə götürülür. Burada bir çox gizli əməliyyatlar həyata keçirən Edward 2009-cu ildə NSA-yə keçid edir.
Snoudan fəaliyyəti zamanı bir çox təhlükəsizlik proqramı haqqında tam məxfi məlumatlara yiyələnir. 2013-cü ildə xəstəliklə bağlı icazə alıb Honkonqa yola düşən Edward sonrakı ayda "The Guardian"da çalışan bir neçə jurnalistə məxfi məlumatlarla bağı müsahibə verir. Snoudenin yaydığı məlumatlarda "Verizon" operator şirkətinin milyonlarca istifadəçilərinin zəng məlumatlarını dövlətə verməsi ilə bağlı gizli materiallar yer alırdı. Edward daha sonra "NSA", "Google", "Facebook" və "Apple" serverlərinə birbaşa giriş əldə edir.
Snowden başqa bir müsahibəsində "NSA"in Çin kompüterlərini də davamlı şəkildə "hack" etdiyini deyib. "The Guardian" məlumatları adsız şəkildə paylaşsa da Snowden önə çıxır və gizlənmək ehtiyacı duymadığını, çünki səhv heç bir hərəkət etmədiyini bildirir. Hadisədən sonra ABŞ höküməti Edward Snowdeni cəsusluqda günahlandırır. Ağ Ev rəsmiləri Snowden-i Honkonqdan ekstradisiya etməyə çalışsalar da Çin və Honkonq höküməti ABŞ-ın bu istədyini geri çevirir. Sonra isə "Vikiliks" media qrumunun köməyi ilə Edward Moskvaya uçur. Burda qaçqın kimi yaşayış hüququ alan Edward daha sonra "Vikiliks" komandasıyla aeroportu tərk edərkən görüntülənir.
2013-cü il iyunun əvvəlində Snouden "The Guardian" və "The Washington Post" qəzetlərinə MTA-nın məxfi məlumatlarını, o cümlədən, ABŞ xüsusi xidmət orqanları tərəfindən PRISM, X-Keyscore və Tempora informasiya və əlaqə şəbəkələri vasitəsilə bir çox dünya ölkələrinin vətəndaşlarının informasiya mübadiləsinə total nəzarət həyata keçirilməsinə dair məlumatları ötürdü.
Pentaqonun qapalı hesabatında qeyd edilir ki, Snouden 1,7 milyon məxfi faylı oğurlayıb ki, onların da çoxu "ABŞ ordusunun, donanmasının, dəniz piyadalarının və hərbi-hava qüvvələrinin həyati vacib əməliyyatlarına" aiddir.
Snouden 1 avqust 2013-cü ildən hal-hazıradək Rusiyada sığınacaq alıb. Onun Rusiyada qalmaq icazəsi 2020-ci ilə qədər uzadılıb. Snouden-in dəqiq yaşayış yeri təhlükəsizlik məqsədilə gizli saxlanılır.