Azərbaycan cüdoçusu Telman Vəliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Qran-pridə bürünc medal qazanıb.

Unikal.org-un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb.

Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb.

Beləliklə, Azərbaycan cüdoçusu Budapeşt Qran-prisində fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.