İstanbul şəhərində iki qrup arasında mübahisə yaranıb.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, mübahisə böyüyərək davaya çevirilib. İnsidentin səbəbi hələ məlum deyil. Ətrafdakıların araya girməsi ilə qruplar ayrılıb, sakitləşiblər.

Həmin davaya qadınlar da qarışıb. İnsident zamanı bir nəfər əlindəki şüşəni yerdə qırıb və onun kiçik parçası ilə ətrafdakiları yaralamağa çalışıb. Həmin şəxsi çətinliklə sakitləşdirə biliblər. 

Dava anı telefon vasitəsilə lentə alınıb.