Aktrisa həyat yoldaşı ilə öpüşərkən görüntülənib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözəlliyi ilə bir dövrə damğa vuran Emine Ün dəniz mövsümünü Bodrumda açıb.
Ailəsi ilə tətildə olan Emine Ün ötən gün dənizdə həyat yoldaşı Tolqa Qaraqaşı öpüb.
Bildirilir ki, aktrisa bütün günün dənizdə keçirir. 2012-ci ildə ailə həyatı quran və evliliklərini hərkəsdən gizli tutan cütlüyün dənizdəki romantik anları azarkeşlərini sevindirib.
Qeyd edək ki, 42 yaşlı aktrisa dünən qızı ilə fotosunu paylaşıb və görənləri heyran edib. Belə ki, qızı ona əkiz qədər bənzəyir.