Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan doqquzuncu qızıl medalını qazanıb.

Unikal.org xəbər verir ki, cüdoçu Turan Bayramov (-60 kq) finalda rusiyalı idmançını “qızıl xal”da məğlub edib. Bununla da Azərbaycan güləşdən sonra cüdoda da qızıl medal qazanıb.

Həmçinin Şükran Zamanlı (-55 kq) və Gülşən Bəşirova (-44 kq) bürünc medal uğrunda görüşlərdən qalib ayrılıblar.

Bu nəticə ilə Azərbaycan medal sıralamasında II yerdədir. 19 medal (doqquz qızıl, beş gümüş, beş bürünc) qazanmış Azərbaycan yalnız gümüş sayında Rusiyadan geri qalır. Belə ki, 27 medal (9 qızıl, 7 gümüş, 11 bürünc) əldə etmiş şimal qonşumuz siyahıda liderdir.