Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Latviyanın paytaxtı Riqada keçirilən FIDE Qran-prisində çempion olub. 

Unikal.org xəbər verir ki, 34 yaşlı qrossmeyster final mərhələsinin tay-breykində fransalı Maksim Vaşye-Laqravı məğlub edib - 4:3.  

Məmmədyarov final mərhələsinin birinci görüşündə rəqibinə qalib gəlsə də, ikinci dueldə uduzmuşdu. 

Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avrodur.