Tokat bölgəsində polislər arasında dava olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, mübahisə 3 polis arasında baş verib. Məlumata görə, E.K. və V.K. adlı iki qardaş mülki geyimdə polis bölməsinin qarşısına gəliblər. Qardaşların bir müddət öncə mübahisə etdiyi digər polis H.A. ilə yenidən sözləri kəsişib. Polislər yenə mübahisə etməyə başlayıblar. Bu dəfə mübahisə böyüyərək davaya çevirilib.

Belə ki, qardaş polislər H.A.-nı döyüblər. Bölmədə də davam edən davanı digər polislər ayırıblar. Bir-birindən şikayətçi olan 3 polisin ifadəsi alınıb. Dava anı isə təhlükəsizlik kamerası vasitəsiylə lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.