Xəbər verdiyimiz "Copa Amerika 2019" turnirində Çili millisi ilə matçda Qari Medel ilə Lionel Messi arasında mübahisə baş verib. Hər iki futbolçu qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılmışdı. Matçdan sonra Messi turnir haqda sərt ifadələr işlədib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Braziliyada keçirilən "Kopa Amerika 2019" turnirində 3-cü olan Argentina millisinin futbolçusu Lionel Messinin cəzası bəlli olub.
Belə ki, üçüncülük uğrunda matçda qırmızı vərəqə alan və matçdan sonra mükafatlandırma mərasimində iştirak etməyən Messiyə 1 matç və 1500 dollar pul cəzası verilib.
Çili millisi ilə matçdan sonra Messi “Mükafatımı almağa getmədim, çünki onların bir hissəsi olmaq istəmədim. Bu turnir Braziliyanın qalib olmağı üçün təşkil olunub. Ümid edirəm ki, finalda hakimlər oyuna müdaxilə etməzlər və Perunun bir şansı olar” sözlərini deyib.