Kondisioner mühərriki partlayıb və mənzilə böyük zərər dəyib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Mərsin şəhərində baş verib. Divarın dağılan hissəsindən yıxılan  ev sahibi ağır yaralanıb. Divarların dağılması ilə yanaşı evin pəncərələri də qırılıb.

Hadisə yerində ilkin tibbi yardım göstərilən yaralı təcili yardımla xəstəxanaya aparılıb. Hadisə zamanı qarşıdaki binanın həyətində dayanan avtomobilin də şüşələri qırılıb.