Antalyada bir binada yaşayan Haticə D. və nişanlısı Osman Ərdoğan hovuz kənarında baş verən münaqişədə eyni ailədən olan 10 nəfər tərəfindən döyülüblər.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aldığı zərbələrdən sonra huşunu itirən Haticəni qorumaq üçün üstünə atılan Osmanı qəzəbli ailənin əlindən yalnız polis ala bilib.
Bir ərazidə yaşayan Çiğdəm K. təpik atdığı iddiası ilə qonşusu Haticə D.-ə zəng edərək hovuz kənarına çağırıb. Həmin yerə gedən Haticə D. bir anda onu çağıran və yanındaki 3 qonşusu tərəfindən hücuma məruz qalıb. Hadisəni görən Osman Ərdoğan nişanlısı qorumaq üçün müdaxilə edib.
Bu anda Çiğdəm K.-in yaxını Talat K. Osmana yumruq atıb. Dava daha da böyüyüb və 10 nəfər nişanlı cütlüyü döyməyə davam ediblər. Çiğdem K. özündən gedib və nişanlısı onun üzərinə yıxılaraq qorumağa çalışıb.
Bu hadisədən sonra Osman Ərdoğan köçmək üçün yeni ev axtardıqlarını deyib. Nişanlısı Haticə D. isə iddia edildiyi kimi qonşusunun uşağını vurmadığı bildirib. Dava anı təhlükəsizlik kamerasıyla lentə alınıb.