Bodrumda 5 ulduzlu oteldə silahlı insidet baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, otelin SPA salonunu işlədən Hüseyn Ö.-yə işləmə icazəsi olmayan xarici vətəndaşları çalışdırdığına görə rəhbərlik tərəfindən xəbərdarlıq edilib. Xəbərdarlığa əhəmiyyət verməyən Hüseyn növbəti iş günü işçiləri yenidən otelə daxil etmək istəyib, ancaq rəhbərliyin qadağası ilə üzləşib. Bunu həzm edə bilməyən salon rəhbəri əlinə silah alaraq yenidən otelə qayıdıb və qarşısına keçən şəxslərə güllə atıb. Nəticədə mühafizə müdiri Onur Pelit, otelin direktor köməkçisi Fikrət Dinlər, baş direktor Melih Alemdar yaralanıb. Yaralılardan Onur Pelit evə buraxılsa da, digər ikisinin müalicəsi davam etdirilir.
Polis hadisəni törədən şəxsi yaxalayıb.