Gürcüstanın sabiq müdafiə naziri və "Qalib Gürcüstan" hərəkatının lideri İrakli Okruaşvili saxlanılıb.
Unikal.org verir ki, hərəkatın liderlərindən olan Qubaz Sanikidze faktı təsdiqləyib.
Bildirilib ki, sabiq nazir Gürcüstan Cinayət Məcəlləsinin 315-ci (Gürcüstanda konstitusiya quruluşunun zorla devrilməsi) və 225-ci (qrup zorakılığı təşkil etmək və iştirak) maddələri ilə ittiham edilir.