Argentinalı boksçu Uqo Santilyan rinqdə ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı idmançının uruqvaylı Eduardi Abreu ilə qarşılaşmasında qəfil halı pisləşib. Xəstəxanaya aparılan Santilyanın iki dəfə ürəyinin dayandığı və nəfəsinin kəsildiyi məlum olub.

Qeyd edək ki, Uqo Santilyan Cənubi və Latın Amerikasının çempionudur.