Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF)  davam edir.

Unikal.org-un məlumatına görə, Azərbaycanın idman gimnastı Səməd Məmmədli növbəti yarış günündə gümüş medal qazanıb.  Atlet dəstəli atla hərəkətdə 13. 600 xal toplayaraq buna nail olub. O, sərbəst hərəkətlərdə isə 13,733 xalla 6-cı yeri tutub. 

Qeyd edək ki, bu, Azərbaycanın gimnastika növündə EYOF tarixində qazandığı ilk medaldır.