Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.
Unikal.org xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Türkiyənin “Adana Dəmirspor” klubu ilə qarşılaşıb və 2:3 hesabı ilə uduzub. "Zirə"nin qollarını Şafik Tiqrudca və Soni Norde vurub.
Qeyd edək ki, Bakı təmsilçisi ilk yoxlama görüşündə "Konkordiya" (Rumıniya) ilə qolsuz bərabərə qalıb.