Azərbaycanın taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb.

Unikal.org xəbər verir ki, “Qəbələ” İdman Klubunun üzvü İordaniyanın paytaxtı Ammanda keçirilən beynəlxalq turnirdə fərqlənib.

O, bu gün start götürən G1 kateqoriyalı “El-Hassan Cup” turnirində mübarizə aparıb. 68 kq çəki dərəcəsində çıxış edən Cavad ilk mərhələdən azad olub. Ardınca Oman, İordaniya və BƏƏ-dən olan rəqiblərinə qalib gələn Ağayev finala yüksəlib. Həlledici görüşdə Livan təmsilçisi Obalda Fərəc ilə görüşən taekvondoçumuz ardıcıl 4-cü qələbəsini qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, “Prince Hamzah Hall”da keçirilən və 883 taekvondoçunun qatıldığı yarış üç gün davam edəcək.