Almaniya idman jurnalistləri birliyi ötən mövsümün ən yaxşı futbolçusunu seçib.
Unikal.org xəbər verir ki, "Borussiya Dortmund"un yarımmüdafiəçisi Marko Roys hamını qabaqlayıb. O, mümkün 540 səsdən 158-ni toplayıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü ötən mövsüm 27 oyuna 17 qol vurub, 10 məhsuldar ötürmə edib.
"Bayer"in yarımmüdafiəçisi Kay Xaverts səsəvermədə 2-ci, "Bavariya"nın müdafiçisi Coşua Kimmix 3-cü olub.