Sinir krizi keçirən hərbçi yoldaşını və qayınatasını öldürüb, qayınanasını isə ağır yaralayıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Adanada binanın 11-ci mərtəbəsində hədiyyə alınan ayaqqabının dəyişdirilməsi üstündə baş verib.  

4 ay əvvəl Adanada gizir olaraq işə başlayan və 3 ay öncə də Büşra Güçlü ilə evlənən Ərtoğrul Güçlü hadisə baş verən gün işdən çıxdıqdan sonra həyat yoldaşı qayınatasıgildə olduğu üçün ora gedib. Yorğun olduğu üçün evə getmək istədiyini deyib.

Lakin Büşra Güçlü atasına aldığı ayaqqabını bəyənmədiyini və dəyişdirmək istədiyini bildirib.  

Lakin Ərtoğrul yorğun olduğunu təkrar edib və onlar arasında mübahisə başlayıb. Mübahisə böyüyüb və qayınatası giziri təhqir etməyə başlayıb. Bundan sonra Ərtoğrul Güçlü qayınatasının heçnəyi bəyənmədiyindən şikayətlənərək balkona çıxıb. Balokdan qayıtdıqdan sonra həyat yoldaşını və qayınatasını öldürüb, qayınanasını isə ağır yaralayıb. Hadisə ilə bağlı qonşular polisə xəbər veirib.

Hərbçi hadisə yerinə gələn polislərə təslim olub. O ağlayaraq bir anlıq sinir krizi keçirib cinayəti törətdiyini etiraf edib. Yaralı qayınanası isə xəstəxanada müalicə alır.