19 yaşlı qız ötən həftə hava çox isti olduğu üçün açıq geyim geyinib. Hadisə İsveçin Malmö şəhərində baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həmin gün avtobusa minən Amanda Hansson adlı qız oturmağa yer axtararkən sürücü tərəfindən önə çağırılıb. Sürücü Hanssona çox açıq geyindiyi üçün avtobusa minə bilməyəcəyini deyib.
Gənc qızla sürücü arasında mübahisə yaranıb. Sürücü qızın qolundan tutarak avtobusdan kənara atıb.
Avtobus şirkəti isə hadisənin yalnış anlama nəticəsində meydana gəldiyini bildirib və üzr istəyib.