Axşam saatlarında Odessa-Kiyev yolunda Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, bu barədə Milli Polisə istinadən UNN məlumat yayıb.
Bildirilir ki, sözügedən yol ilə Odessadan gələn "Mercedes" markalı avtomobil idarəetməni itirərək qarşı zolağa çıxıb, oradan isə yol kənarında çadır quraraq qarpız satan Azərbaycan vətəndaşını və alıcı qadını vurub. Zərərçəkmişlər hadisə yerində keçiniblər.
"Qadın və kişi aldığı xəsarətlərdən yerində ölüb. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib", - deyə polisin məlumatında qeyd olunub.
Hadisə yerində yol-nəqliyyat hadisələrinin araşdırılması üzrə istintaq-əməliyyat qrupu işləyir.