Yevlax şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org Qərb Mərkəzinin məlumatına görə, 1984-cü il təvəllüdlü Taleh Bərxudarov Yevlax şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.