Rumıniya təhsil naziri Yekatrinu Andronesku oğurlanaraq cinsi zorakılığa məruz qalmış və öldürülmüş 15 yaşlı qızla bağlı sözlərinə görə vəzifəsindən azad edilib.
Unikal.org xəbər verir ki. bu barədə Rumıniya baş naziri Viorika Dençile "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edək ki, iyulun sonlarında Dobrosloveni kəndindən Karakala gedən təsadüfi maşına minən 15 yaşlı qız itkin düşüb. Ölümündən əvvəl o, 3 dəfə xilasetmə xidmətinə maşınına mindiyi kişi tərəfindən döyüldüyü və zorlandığı barədə məlumat verib. Hüquq-mühafizə orqanları 19 saatdan sonra hadisə yerinə gedib və bu zaman qız artıq öldürülmüş olub. Hadisə ilə əlaqədar daxili işlər naziri Nikolae Moqa istefa verib.
Təhsil naziri isə cinayət hadisəsinə münasibət bildirərkən deyib ki, qıza tanımadığı şəxsin maşınına minməmək öyrədilib. Bu açıqlama cəmiyyətdə geniş rezonans yaradıb. Baş nazir isə bildirib ki, bu açıqlama təhsil nazirinin dövlət orqanlarının uşaqları necə qorumalı olmasından xəbərsiz olduğunu göstərir və bu məsuliyyətsiz açıqlama hökumətin mövqeyini əks etdirmir.