Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 5-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəlib.
Unikal.org “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın baş nazirini separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.
Paşinyan saat 19:00-da şəhərin mərkəzi meydanında mitinq keçirəcək. N.Paşinyan 7-ci ümumerməni idman oyunlarının açılış mərasiminə qatılıb, açılış nitqi söyləyəcək.