Rusiya prezidenti Vladimir Putin Təhlükəsiz Şurasının iclasını keçirib.

Unikal.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, iclasda ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını birtərəfli qaydada tərk etməsi müzakirə olunub. 

Putin ABŞ-ın silahlanmaya nəzarət sahəsində əsas sənədlərdən birini məhv etdiyini bildirib. Onun sözlərinə görə, sözügedən addım dünyadakı vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirib, hər kəs üçün fundamental risklərə səbəb olub.