Amerikanın Ohio ştatının Dayton şəhərində etdiyi silahlı hücumda 9 adamı öldürən 24 yaşındakı Connor Bettsin polis tərəfindən öldürülmə anı yayımlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, öldürmək istədiyi qızların siyahısını yazdığı üçün məktəbdən qovulan Connor Betts ətrafdakı insanlara atəş etdikdən sonra insanlar bara doğru qaçan zaman əlindəki tüfəng ilə bara girməyə çalışıb.
Bar qapısına gəldiyi sırada polis tərəfindən vurulub.
Xatırladaq ki, iki gün əvvəl ABŞ-ın El-Paso, Dayton və Çikaqoda insanlara açılan atəş nəticəsində 31 nəfər ölüb, 49 nəfər yaralanıb. Hadisələrin eyni gündə baş verdiyi üçün terror olması istisna edilmir.