Danimarkanda təyyarə qəzası baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məşhur amerikalı müğənni Pinkin şəxsi təyyarəsi Tirstrup hava limanına eniş zamanı alışıb. Yanğın yüngül mühərrikli laynerin gövdəsini tamamilə sıradan çıxarıb. Dərhal əraziyə cəlb edilən yanğınsöndürənlər alovu ram edib.
Hadisə zamanı göyərtədə ümumilikdə 10 nəfər olub. Onların arasında rok ifaçının köməkçiləri, meneceri və digər tanınmış simalar olub.
Lakin sənətçinin özünün laynerdə olub-olmadığı məlum deyil. Xoşbəxtlikdən yanğın zamanı ciddi xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.