Romada “İspan pilləkənləri”nə oturmaq qadağan edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hər kəsin oturduğu və şəkil çəkdirdiyi bu pilləkənlər artıq yalnız tranzit məqsədi ilə istifadə olunacaq. “İspan pilləkən”lərində oturanlara 300 manatdan  740 manata qədər pul cəzası veriləcək. 

Həmçinin pilləkənləri çirklədən və zərər verənlərə 400 avroya qədər (760 manat) cıza tətbiq olunacaq. Bu cərimələr turistlərə də tətbiq olunacaq.