Türkiyə və ABŞ-ın Müdafiə Nazirlikləri Suriyanın şimalında bufer təhlükəsizlik zonası yaradılması barədə razılığa gəliblər.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yekun razılaşma tərəflərin Ankarada keçirilən görüşündən sonra əldə edilib.
Razılığa əsasən, eni 30 kilometrdən 40 kilometrədək olacaq təhlükəsizlik zonası Türkiyə hərbçiləri tərəfindən ABŞ ilə əlaqələndirmə şəraitində nəzarətə götürüləcək. PKK/YPG silahlı qruplaşmaları bu ərazidən təmizlənəcək və onların ağır silahları alınacaq.
Həmçinin, Ankaranın terrorçu elan etdiyi təşkilatların tikdikləri tunel, səngər və istehkamlar dağıdılacaq. Bütün bu tədbirlərin həyata keçirilməsi üçün mərkəz qərargahı Türkiyədə olmaqla Birgə Əməliyyat Mərkəzi yaradılacaq.