Türkiyənin Yalova şəhərində azərbaycanlı qadınlara qarşı əməliyyat keçirilib.
Unikal.org xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat nəticəsində 14 azərbaycanlı qadın və 3 Türkiyə vətəndaşı kişi saxlanılıb.
Məlum olub ki, saxlanılan qadınlar Türkiyədə yaşama icazəsi almaq məqsədilə 60-75 yaşlı imkanlı kişiləri aldadaraq onlarla evlənib, daha sonra həmin şəxslərdən ayrılıb fahişəliklə məşğul olmağa başlayıblar.
Məsələdən xəbər tutan Yalova polisi 10 müxtəlif ünvanda qadınların axtarışını aparıb. Şübhəli şəxslər şikayət əsasında saxlanılaraq polis idarəsinə aparılıblar. Hazırda faktla bağlı araşdırma davam edir.