Xəbər verdiyimiz kimi, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev, sığındığı Koy-Taş iqamətgahına xüsusi təyinatlılar tərəfindən dünəndən etibarən basqın həyata keçirilir. Atambayev bunun sifarişçisi hazırkı prezident Sooronbay Ceenbekovun olduğunu deyir.
Unikal.org-un xəbərinə görə, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev Sooronbay Ceenbekovun ən yaxın dostlarından biri olub. Onların son iki ildə aralarında soyuqluq yaranıb.
2011-2017-ci illərin prezidenti...
Almazbek Atambayev 2011-ci ildə kütləvi qiyam ilə əhalinin dəstəyini qazanaraq Rusiya hökumətinin arzusundan kənar Qırğızıstanın prezidenti seçildi. Hər kəs onun ABŞ-ın adamı olduğunu dilə gətirdi. Amma o, seçkilər yolu ilə 2017-ci ilə öz yerini Sooronbay Ceenbekova verdi. Sabiq və hazırkı prezidentlər bir-birlərinin əllərini sıxaraq bundan sonra da Qırğızıstan xlaqı üçün əllərindən gələn nə varsa edəcəklərini söz verdilər.
Sooronbay Ceenbekov hakimiyətə gəldikdən bir neçə ay sonra Almazbek Atambayevə qarşı çıxdı və onun barəsində hüquq-mühafizə orqanlarında araşdırma aparmağı əmr etdi. Parlamentdə Atambayevin toxunulmazlığını ləğv etdirdi.
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev Sooronbay Ceenbekovu ona qarşı təxribatçı addımlardan çəkinməyə və sülhə çağırdı.
Hazırkı prezidentin istintaqından yayınan Atambeyov...
Ona cinayət işi açılıb və ölkədən çıxışına qadağa qoyulmasına baxmayaraq Atambayev 24 İyul 2019-cu ildə xüsusi təyyarə ilə Moskvaya gedib və orada Vladimir Putinlə görüşüb. 26 iyul 2019-cu ildə Atambayev Rusiya KİV-lərinə açıqlama verərək bildirib ki, Qırğızsıtanın hazırkı rəhbərləri ölkənin inkişafı üçün deyil, öz kreslolarını bərkitmək üçün çalışır: "Bunun üçün Ceenbekov Adminstirasiyası onları narahat edən şəxsləri zərərsizləşdirməyə can atır".
Atambayev xahiş etsə də Putin Ceenbekovu müdafiə etdi...
Atambayev Putinlə görüşdən sonra, onun açıqlamasında narazı qaldığını dolayısı yolla belə ifadə edib: "Putinin, ölkənin hazırkı rəhbəri Sooronbay Ceenbekovun ətrafında birləşməsi çağırışı yalnız bir dilek idi. Ancaq mən Putinə bu imkanın qalmadığını söylədim. Bunun üçün Ceenbekovun lazımı addımların atması lazımdır. Putin mənim yaxın dostumdur. O, bir neçə dəfə Moskvaya gəlməyimi istədi və mən bundan imtina etmişdim. Ancaq o, son vaxtlar ətrafımda baş verənlərlə bağlı Qırğızıstanın gələcəyindən narahat idi, ona görə də onu ziyarət etdim. ”
Atambayev Qırğızıstanda mövcud hakimiyyətə qarşı daha böyük nümayişlərin olacağı mesajını verdi. Sabiq prezident hazırkı Qırğızıstan rəhbərindən ölkədə iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşmasını istəyirsə, ölkəsinin əvvəlki kimi demokratik şəraitə qaytarmasını lazım olduğunu ifadə edib.
Ekspertlər 2005-2010-cu illərdə olduğu kimi, Qırğızıstanda yenidən ictimai qarışıqlıqlar və qiyamlar dövrü təkrar yaşanmasından narahatdır.