Qırğızıstanın Daxili İşlər Nazirliyi sabiq prezident Almazbek Atambayevin saxlanılması barədə rəsmi açıqlama yayıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumatda sabiq prezidentin saxlanılması əməliyyatının itkisiz ötüşdüyü bildirilir.
Məlumatda bildirilir ki, Atambayev “məcburi qaydada” saxlanılıb:
“Milis əməkdaşları Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi ilə birgə keçirdikləri əməliyyat zamanı Atambayev məcburi qaydada saxlanılıb. O, sonrakı tədbirlərin icrası üçün aidiyyəti orqana təhvil veriləcək”.
Qeyd edək ki, xüsusi əməliyyata Qırğızıstanın daxili işlər naziri Kaşkar Cunuşaliyev rəhbərlik edib. Atambayev DİN rəhbərliyi ilə aparılmış danışıqlardan sonra hüquq-mühafizə orqanlarına təslim olub.