Xətai rayonu Gəncə prospekti ilə Neapol küçələrinin kəsişməsində Ukrayna dairəsinin yaxınlığında hasara alınmış ərazidə ağcların kəsilmək təhlükəsinin olması ilə bağlı ETSN-yə daxil olan müraciət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
Unikal.org xəbər verir ki, araşdırma zamanı hasara alınmış ərazinin bir hissəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, Asan xidmət mərkəzinin tikintisi aparılacağı müəyyən olunub.
Hasara alınmış sahədə ağac kəsintisi faktı qeydə alınmayıb.
Ərazidəki 18 Eldar şamı, 37 sərv, 5 yulğun kolunun qeydiyyatı aparılaraq qulluq göstərilməsi, qorunub saxlanılması və bir neçə qurumuş ağacın yenisi ilə əvəzlənməsi məqsədilə Xətai rayon mənzil kommunal təsərrüfat birliyinə "məcburi göstəriş" verilib.
Yaşıllıqların qorunması istiqamətində göstərdikləri həssas münasibətə və ETSN ilə əməkdaşlığa görə Nazirlik ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirir.