Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə İstanbulda baş verən sel fəlakəti ilə bağlı çıxışında bu şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlunu tənqid edib.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçısı Rizədəki çıxışında CHP rəhbəri Kamal Kılıçdaroğlunun da ünvanına sərt sözlər işlədib:
“CHP-nin rəhbərliyindəki şəxs hər zaman başqa yolla gedər. Ölkəmizin yanında deyil, qarşısında dayanır. Terror qruplaşmarının nümayəndələri ilə oturub-durmaqdan bunların gözü kor olub. İstanbulu sel basdı, hörmətli şəxs ( Əkrəm İmamoğlu) tətildədir”.
Qeyd edək ki, İstanbulda yaşanan sel fəlakəti ərəfəsində Ə.İmamoğlunun məzuniyyətdə olması kəskin narazılıqlara səbəb olmuşdu.