Nəqliyyatda yolu zəbt edərək irəliləyən evakuatorun şəkilini çəkmək istəyən sürücü döyülərək bıçaqlanıb.
Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, insident Kocaeli vilayətinin girişində baş verib.
Məlumata görə, gecə saatlarında şəxsi şirkətə aid evakuator yolun sağ və təhlükəsizlik zolağını işğal edərək irəliləməyə başlayıb. Onun heç kimə yol verməməsindən narahat olan Abdulla Ağgün “işğalçının” şəkilini çəkmək istəyib. Lakin Abdullanın şəkil çəkdiyini fərq edən evakuatorun sürücüsü ilə sərnişini Ağgünün qarşısını kəsərək avtomobildən düşürüblər.
Onlar Abdulla Ağgünü döyməyə başlayıblar və bununla da qalmayaraq onu ayağına bir neçə bıçaq zərbəsi də vuraraq oradan qaçıblar.
Ağgün ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müalicədən sonra o evə buraxılıb. Polisin araşdırmalarından sonra hər iki şəxs həbs olunublar. Ancaq ifadələri alınan şübhəlilər sonradan sərbəst buraxılıblar.