Türkiyənin Sakarya bölgəsində bir qız uşağına söz atdığı iddia edilən şəxs döyülüb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, huşsuz halda olan adam xəstəxanaya aparılıb.
Y.T. qıza söz atarkən atası ona hücum edib. Ətrafdaki insanlar da həmin adamı döyüblər. Y.T.-nin huşsuz halda yerdə uzandığını görən vətəndaşlar hadisə yerinə polis və təcili yardım çağırıblar.