Rusiya Federal Kosmik Agentliyinin (ROSCOSMOS) rəhbəri Dmitri Roqozin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana kosmosa türk astronavt göndərməyi təklif edib.
Unikal.org-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Dmitri Roqozin bu barədə Türkiyə prezidenti R.T.Ərdoğanla MAKS-2019 Beynəlxlaq Aviasya və Kosmos Sərgisində qısamüddətli görüşü zamanı deyib.
Görüş zamanı kosmosa Türk astronavt göndərmək istədiklərini bildirən Roqozin: “Sizə ortaq bir təklifimiz var; Cümhuriyyətinizin 100-cü il dönümünü orbitə Türk astronavt göndərərək qeyd etmək. Kosmanavt Tədris Mərkəzi buna hazırdır”, - deyə bildirib.
Türkiyə prezidenti Ərdoğan bu təklifi məmnuniyyətlə qarşılayıb.