Rusiyanın Barnaul şəhərində “Azur Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza enişi edib.

Unikal. org Rusiya mətbuatına istinadən xəbər verir ki, “Boing 767-300” təyyarəsinin şassiləri eniş zamanı alovlanıb. Vyetnamdan gələn təyyarənin göyərtəsinə 331 sərnişin olub. Hadisə nəticəsində 23 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.