33 yaşlı Mariya Taher 7 yaşı olan zaman Hindistanda ona qarşı zorla tətbiq olunan "Khatna" yəni qadın sünnəti ilə əlaqədar yaşadıqlarından danışıb.
Unikal.org xəbər verir ki, Mariya dünyadakı minlərlə qadının nələr yaşadığına daha çox diqqət çəkmək üçün şəxsiyyətini gizlətmədən "ABC News"a açıqlamalar verib.
Yerə yatırdıb paltarımı qaldırdılar
"Hindistandakı qohumlarımızı ziyarətə gedən zaman bir səhər anam və xalam məni köhnə bir binanın içində yerləşən mənzilə apardı. Gülürlər və söhbət edirdilər. Məni yerə yatırdılar və paltarımı qaldırdlar. Kəskin bir alətlə məni kəsdiklərini xatırlayıram. Acı hiss edirdim, ağlayırdım. Çox qorxmuşdum"
Bunun əsası adət-ənənələrə sadiq qalmaqdır
Mariyanın bacısına də eyni işgəncə ABŞ-da olarkən tətbiq olunub. Bacısı Sarah yaşadıqlarını izah etsə də Mariya qadın sünnətinin ABŞ-da "Adət-ənənələrə sadiq qalmaq" üçün yerinə yetirilən bir hərəkət olduğunu söyləyib.
Mariya hazırda bir təşkilat yaradıb və qadın sünnətinin qadağan edilməsi üçün mühüm işlər görür.
Genetik zədələnmə
Məlumatlara görə ABŞ-da hər il 500 mindən çox qadın, sözügedən vəhşiliyin qurbanı olur. Qadınlara qarşı tətbiq olunan bu hərəkət Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və müxtəlif dövlətlər tərəfindən "Genetik zədələnmə" adlandırılır. Dünya Sağlamlıq Təşkilatının məlumatına görə 4 növ qadın sünnəti tətbiq olunur.