Avstraliyanın Sidney şəhərində 5 kq 88 qram çəkisi olan qız uşağı dünyaya gəlib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, 27 yaşında olan ana Emma Millar hamiləliyinin 35-ci həftəsində uşağının 4 kq olduğunu öyrənib, ancaq onun daha çox böyüməyəcəyini düşünüb.
Üç həftə sonra dünyaya gələn uşağın çəkisi isə 5 kq 88 qram olub. Onun sağlığında heç bir problemin olmadığı bildirilib.
Anası qızı Remi Frances haqqında bu sözləri deyib:
“Övladım balaca suma güləşçisi kimidir. Diabet xəstəliyi səbəbindən qızımın böyük olacağını bilirdim, ancaq onun bu qədər böyük olacağını gözləmirdim”.
Qeyd edək ki, Avstraliyada ortalama körpələrin çəkisi 3 kq 3 qramdır. Buna görə də dünyaya gələn qız uşağının çəkisi ölkədə marağa səbəb olub.