Şabran rayonunda yol qəzası baş verib.
Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Bakı-Gəndab-Rusiya avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "Ford" markalı avtomobillər toqquşub. Nəticədə bir kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onun həyat yoldaşı Könül İsmayılova isə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.