Qubada yağan güclü qardan sonra canavar sürüsü Qubanın Xınalıq kəndinə girib.
Unikal.org report-a istinadən xəbər verir ki. kənd sakinləri bildirib ki, 7 canavardan ibarət sürü bu gecə kəndə girib.
Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib.
Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.
Sakinlərin sözlərinə görə, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər.