Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində silahlı insident baş verib.

Unikal.org REN TV-yə istinadən xəbər verir ki, hadisə İnşaat və Kommunal Kollecində baş verib. Belə ki, 4-cü kurs tələbəsi dərsə gecikdiyi üçün auditoriyadan qovulub. 

Buna əsəbləşən tələbə yenidən otağa girərək tələbə yoldaşlarına atəş açıb.  Şahidlər beş dəfə atəş səsi eşidib. Onlardan üçü dəhlizdə, ikisi isə kabinetdə açılıb.

Hadisə nəticəsində atəş açan tələbənin özü və daha bir nəfər ölüb, üç nəfər yaralanıb.

Nəticədə bir nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.

Qətli törədən şəxs isə polisə silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.