ABŞ-da qolları və ayaqları olmayan 15 yaşında uşağı tutarkən qəddar hərəkətlər edən polis məmurunun görüntüləri səs-küy yaradıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Arizona ştatında baş verib.
Görüntülərdə polis uşağı yerə itələyib sıxışdıraraq həbs edir.
Video oduqca sərt reaksiya ilə qarşılanıb.
“KOLD News 13” adlı kanalda yayımlanan görüntülərin bir uşaq evində çəkildiyi bildirilir. Uşaq evinin işçiləri qanunvericilik gərəyi soyadı açıqlanmayan İmmanuel adlı uşağın səhər zibil qutusunu aşırmağı, onlara qışqırmağı səbəbindən polis çağırıblar.
Səkkiz dəqiqəlik videoda polis məmurunun uşağı üzüsütü yerə yatırdığı, iki dəqiqə tərpənməsinə izn vermədiyi, onu təhqir etdiyi görünür.
Olayın videosunu çəkən 26 yaşındakı uşaq da İmmanuellə birlikdə islah evinə göndərilib. Uşaq haqqında nizam-intizamı pozucu davranışlara görə iddia qaldırılıb.
11 illik polis məmuru Manuel Van Santen araşdırma tamamlanana qədər işdən uzaqlaşdırılıb.