Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin ABŞ-ın prezident seçkilərinə qarışmadığını bildirib.

Unikal.org xəbər verir ki. bu barədə Zelenski bu barədə öz facebook səhifəsindən yayımladığı brifiqində danışıb.

Ukrayna prezidenti vurğulayıb ki, ABŞ-ın daxili işlərinə, prezident seçkilərinə müdaxilə etmirlər. Zelenski “Bizim müstəqil Ukraynamız var”  ifadəsini işlədib.

Qeyd edək ki, Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı Donald Trampa qarşı Konqresdə impiçment prosesinin başladılmasına səbəb olub. İyul ayının 25-də baş tutan telefon danışığından sonra demokratlar bildiriblər ki, D. Tramp telefon danışığı zamanı V. Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib.